» » Evdə partlayış: ata və qızı yandı

Evdə partlayış: ata və qızı yandı Faciə

Bölmə: Sosial, BLOK XƏBƏR
Evdə partlayış: ata və qızı yandı
Masallı rayonunda güclü partlayış olub. Hadisə rayonun Təklə kəndində fərdi yaşayış evində baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, partlayış bu gün səhər saat 8:30 radələrində baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Belə ki, ev sahibi Vilayət Məmməd Oğlu İbrahimov və onun qızı Südabə İbrahimova müxtəlif dərəcəli yanıq xasrətları alıb.

Hər iki yaralı Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. V.İbrahimovun 51, S.İbrahimovanın isə 17 yaşı var. Xəstəxanadan verilən məlumata görə, ev sahibinin bədəninin 60%-i, qızının isə bədəninin 25%-i yanıb. Xəsarət alanların vəziyyətləri ağır olduğuna görə hər ikisi Bakıya göndərilib.

Qeyd edək ki, partlayışın səbəbləri hələlki məlum deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler