Zibilliyə atılan körpə dəhşətiBölmə: Sosial
Horadiz qəsəbəsində Diaqnostika Mərkəzinin yaxınlığındakı zibil qutusunda tapılan uşağın sahibi bəlli olub. Füzuli rayon prokuroru Rəfael Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, körpənin anası 1987-ci il təvəllüdlü Gülnaz Bəylər qızı Azayeva, atası isə Səxavət Azayev olub. Gənc ailə Horadizə Beyləqan rayonunun Daşburun qəsəbəsindən gəliblər. Qadın sancı ilə adıçəkilən xəstəxanaya müraciət edib. Burada USM müayinəsindən sonra uşağın ana bətnində öldüyü bildirilib. Döl ana bətnindən çıxarılaraq valideynlərinə təhvil verilib. İlkin ehtimala görə, yenidoğulan uşağın meyitini də məhz valdeynləri atıblar. "Artıq cəsəd müayinə edilib və ailəsinə təhvil verilib. Onun üzərində zorakılıq əlamətləri olmayıb". Faktla bağlı Fizuli Rayon Prokurorluğunda araşdırma aparılır. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|