» » Yeni proqram gecə gəzmək daha asandlaşdıracaq

Yeni proqram gecə gəzmək daha asandlaşdıracaq -VİDEO

Bölmə: Sosial
Yeni proqram gecə gəzmək daha asandlaşdıracaqGecə küçədə gəzmək yeni mobil proqram vasitəsi ilə təhlükəsiz olacaq.

Xalqinfo.az bildirir ki , Miçiqan universitetinin 5 tələbəsi birləşərək gecələr qorxusuz gəzməyi təmin edən mobil proqram hazırlayıblar. “Companion” adlanan proqram yol gedən istifadəçiyə dostlarının və ailəsinin virtual olaraq yanında olmasına şərait yaradacaq. Yəni istifadəçinin yaxınları proqrama quralaşdırılan “gps” sistemi vasitəsilə onu izləyə biləcəklər. Həm İOS, həm də Android istifadəçilərinin faydalana biləcəyi mobil sistemdən istifadə etmək üçün qarşı tərəflərin proqramı yükləməsi vacib deyil. Sistem əlaqə qurulacaq şəxsə bu barədə təkcə qısa mesaj göndərmək vasitəsilə xəbərdarlıq edir.

Mesajla göndərilən linkdə qarşı tərəfə istifadəçinin hansı istiqamətdə hərəkət etdiyi bildirilir. Proqram həm də istifadəçi yolunu azarsa və ya hər hansısa bir təhlükə hiss edərsə, dərhal bu barədə smartfon sahibinə məlumat verir.

Əgər təhlükəli hadisə baş verərsə, 15 saniyə müddətində həm istifadəçinin yaxınlarına xəbərdarlıq edir, həm də bu barədə polisə zəng etmək təklifi təqdim edir.

İlk mərhələdə universitetdə oxuyan tələbələr arasında istifadəyə verilən yenilikdən digər ölkələrdə də istifadə etmək mümkündür. Bunun üçün Birləşmiş Ştatlar xaricindəki ölkələrdə yaşayan istifadəçilər xidməti yükləyərkən telefon nömrələrini və ölkə kodlarını yazaraq qeydiyyatdan keçməlidirlər.




Kainat Şirin



Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler