» » Şəkidə 10 yaşlı uşağı ilan

Şəkidə 10 yaşlı uşağı ilan sancdı

Bölmə: Sosial
Şəkidə 10 yaşlı uşağı ilan Şəkidə növbəti ilansancma olub. Hadisə rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb.

Xalqinfo.az bildirir ki , Kiçik Dəhnə kənd sakininin ANS PRESS-ə verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Elsevər Qiyas oğlu Salmanov yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan onun sol ayağının topuq nəhiyəsindən sancıb. Xəsarət alan 10 yaşlı uşağı ailə üzvlərinin köməyi ilə dərhal Şəki rayon Mərkəzi Xəstəxasına çatdırıblar.

Xəstəxanadan yaralıya ilkin tibbi yardım göstərildiyini, lakin vəziyyətini nəzərə alaraq Bakıya göndərildiyi bildirildi.

Bundan əvvəl də Kiçik Dəhnə kəndində oxşar hadisə baş vermişdi.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nurlan Sənan oğlu Nəsrullayevi baldır nahiyəsindən ilan sancmışdı.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı Respublika Toksikologiya Mərkəzinə göndərilmişdi.

Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler