» » Binəqədi rayon İcra Hakimiyyəti görüş keçirdi-

Binəqədi rayon İcra Hakimiyyəti görüş keçirdi- Foto

Bölmə: Sosial
Binəqədi rayon İcra Hakimiyyəti görüş keçirdi-
“Istedadlı Əlillər” ictimai birliyinin mətbuat xidməti rəhbəri Fuad Rəsulun "Xalqinfo"-yaverdiyi məlumata görə bu gün Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş möhtəşəm "Gül bayramı" keçirilib. Bu tədbirdə“Istedadlı Əlillər” ictimai birliyinin təşkilatçılıgı ilə fiziki məhdudiyyətli qadınların əl işlərindən ibarət sərgi nümayiş olunub və rayon sakinləri tərəfindən maraqla qarşılanıb. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əl işlərinin müəllifləri olan qadınlarla görüşərək onları bu bayram münasibətilə təbrik edib. Azərbaycan dövlətinin qayğıya ehtiyacı olan və fiziki məhdudiyyətli vətəndaşlara yüksək diqqət və qayğı göstərildiyini söyləyən İcra Hakimiyyətinin başçısı onların yaradıcılığının təşviq edilməsi və potensiallarının artırılması yönündə bundan sonra da dəstək veriləcəyini qeyd edib. Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən fiziki məhdudiyyətli qadınlar Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun Azərbaycanda sıçrayışlı inkişafa təkan verdiyini, hər bir vətəndaşın layiqli həyat səviyyəsi ilə təmin olunması yönündə atılan addımlardan razılıqlarını bildiriblər.
Binəqədi rayon İcra Hakimiyyəti görüş keçirdi-
Binəqədi rayon İcra Hakimiyyəti görüş keçirdi-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler