» » Yumurta ucuzlaşdı, kartof bahalaşdı-

Yumurta ucuzlaşdı, kartof bahalaşdı- Statistika

Bölmə: Sosial
Yumurta ucuzlaşdı, kartof bahalaşdı-
2014-cü ilin aprel ayında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşmasına səbəb olub.


“Xalqinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, portağalın, bananın, qozun, fındığın, şabalıdın, göyərtinin, xiyarın qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, qoyun ətinin, kərə yağının, bitki yağlarının, limonun, almanın, armudun, çuğundurun, kökün, kartofun, kələmin, baş soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.

Qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler