» » "Azərbaycan əlifbası və dili günü" - 1 avqust

"Azərbaycan əlifbası və dili günü" - 1 avqust

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
"Azərbaycan əlifbası və dili günü" - 1 avqustBu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.


2001-ci il avqustun 9-da ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərmana əsasən hər ilin bu günü - 1 avqust " Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd edilir.

XVI əsrdə Azərbaycan Səfəvilər hakimiyyəti illərində və Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də , mövcud şərait bunun uzunömurlü olmasına imkan vermədi.
1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya Azərbaycan dilini dövlət dili elan edən maddə daxil edilsə də , yenə də real tarixi şərait bunu uğursuzluğuna səbəb oldu .
1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan sovet Konstitusiyasınaın 73-cu maddəsində Azərbaycan dili dövlət dili elan edildi.

1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edildi.
Qeyd edək ki , Azərbaycan dilinin çiçəklənməsi müstəqilliyimizdən sonrakı dövrə təsadüf edir.
Hazırladı: Kainat Şirin

Mənbə
Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler