» » Zakir Həsənov şəhidimizi təltif etdi

Zakir Həsənov şəhidimizi təltif etdi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Zakir Həsənov şəhidimizi təltif etdiZakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgərlə bağlı xüsusi sərəncam verib.


Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlu təltif edilib.

XALQİNFO.AZ ANS PRESS-ə istinadən bidirir ki , Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Zakir Həsənov şəhidimizi təltif etdi












Şəhid əsgər Fətəliyev Eldar Səxavət oğlu

24 yaşlı Eldar Fətəliyev hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıdıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var.

Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olub. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi.


Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler