» » NASA-dan uğur -

NASA-dan uğur - yeni planet

Bölmə: Sosial
NASA-dan uğur -   ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Günəş sistemində Yer kürəsinə oxşar yeni bir planetin kəşfi ilə bağlı bəyanatla çıxış edib.

Xalqinfo.az bildirir ki, AMEA-dan APA-ya verilən xəbərə görə, bu yeniliyi agentliyə 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğunu araşdıran “Keppler” səma teleskopu ötürüb.

Bu barədə məlumat verən NASA alimləri hələ ki, kəşfə dair heç bir dəlil göstərməyiblər. Ekspertlər istənilən halda Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər.

Məlumatda qeyd olunub ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.

Alimlər Yer kürəsindən 500 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış sputnik vasitəsilə çatmağı planlaşdırırlar.

Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.

Kaina Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler