» » Düşmən atəşkəsi 105 dəfə pozdu və

Düşmən atəşkəsi 105 dəfə pozdu və SUSDURULDU

Bölmə: Sosial
Düşmən atəşkəsi 105 dəfə pozdu və  Xalqinfo.az bildirir ki , Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler