» » Ağsuda milli mətbuatın 140 illiyi qeyd edilib

Ağsuda milli mətbuatın 140 illiyi qeyd edilib - FOTOLAR

Bölmə: Sosial
Ağsuda milli mətbuatın 140 illiyi qeyd edilib Ağsuda Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib.

Xalqinfo.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon rəhbərliyi, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də nəşrə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yol barədə məruzəsi dinlənilib, çıxışlar olub.

Qeyd edilib ki, maarifçilik xüsusiyyətləri ilə seçilən “Əkinçi” qəzeti ölkəmizdə ictimai şüurun formalaşmasında, məfkurə saflığının, ümummilli dəyərlərin və məqsədlərin təbliğində, ədəbi dilin zənginləşməsində məktəb səviyyəsinə yüksəlib.

Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi Fərman ilə qoyulub. Məhz Ulu Öndərin, onun siyasi varisi Prezident İlham Əliyevin ardıcıl və prinsipial səyləri nəticəsində mətbuat azadlığı təmin olunub, jurnalistlər dövlət qayğısı ilə əhatə edilib. Təsadüfi deyildir ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal nəşr olunur.

Təntənəli yığıncağın sonunda mətbuatda səmərəli fəaliyyətinə görə və milli mətbuatımızın 140 illiyi münasibətilə AZƏRTAC-ın Şirvan bölgəsi üzrə müxbiri Adil Ağayevə və “Ağsu” qəzetinin redaktoru Yalçın Pənahova rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Kainat Şirin

Ağsuda milli mətbuatın 140 illiyi qeyd edilib
Ağsuda milli mətbuatın 140 illiyi qeyd edilib





























Mənbə
AZƏRTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler