» » Tural Məmmədov

Tural Məmmədov

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Tural MəmmədovBu dəfəki müsahibimiz "İnkişaf Naminə Dövlətçiliyə Dəstək İctimai Birliyi"nin sədri , " Xalqinfo.az " xəbər portalının baş direkdoru , tarixçı Tural Məmmədovdu..


Tural müəllim ,salam. Necəsiz ?

- Çox sağ olun.Minnətdaram.Siz yaxşı olun.
- Təşəkkür edirik.

Tural müəllim, bildiyimiz kimi dünya tarixində ilk dəfə olaraq Azərbaycanda I Avroa Oyunları keçirildi. Sizcə bu Azərbaycana nə verdi?


Qeyd edim ki, mən bununla bağlı bir necə mətbuat orqanlarında fikrimi bildirmişəm və bundan əlavə qeyd edim ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi hörmətli Vaqif Əsədovun dəvəti ilə iştrak ediyim I Avropa Oyunlarında fərqlənən Azərbaycan polislərinin mükafatlandırma tədbirdə də mən öz fikrilərimi bölüşdüm.Azərbaycanın ictimai-siyası həyatında bir fəal gənc olaraq bunu deyə bilərəm ki,ölkəmizin ev sahibliyi etdiyi I Avropr Oyunları Azərbaycana çox böyük dəyərlər vermiş oldu. Bu cürə möhtəşəm tədbirin ölkəmizdə keçrilməsi , Azərbaycanın buna laiq görülməsi ümummilli liderimizin laiqli davamçısı,cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi idi. Eyni zamanda,bu dünyanın cənab prezidentə etibarı və şübhəsizliyinin sayəsində reallaşmış tarixi addım ıdı. Əlbəttə, cənab prezidentin xalqına yanımından və xidmətindən irəli gəir və lider kimi onun rəbhərliyi altında ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi zəruri haldı.
Bundan əlavə,qeyid edim ki, I Avropa Oyunlarında təşklar Komitəsinin sədiri kimi Azərbaycanın birinci xanımı - hörmətli Mehriban Əliyevanın fədakrlığı danılmazdı ki, bu ölkəmizin tarixinin ayrılmaz tərkib hissəsidir və deyərdim ki,düynada birinci xanım oldu ki, belə bir möhtəbər yarışa xanım olaraq təşkilat komitəsinə rəhbərlik etdi və ölkəmizə uğur qazandırdı.Mehriban Əliyevadünya qadınları arasında tarixə düşdü və bütün dünya xanımlarına örmək oldu.Təbii ki,bu uğur xalqımızın uğuru idi.

Bu tarixi hadisə baş verdi ki, buda nəinki Azərbaycan,dünya tarixində şərəfli hətiflərlə yazılmış tarix oldu.Bu həm ölkəmizin,həm də dünya idmanına töhvə vermiş oldu.Bu möhətşəm tədbir Azərbaycanı dünyaya daha da yaxşı tanıtdı. Azərbaycanın mədəniyyətin,tarixin,adət-ənənələrini,mətbəxin,iqlimin,insanların və s . bu yöndə olan hər şeyi dünyaya açıq-aydın tanıtdı və ən əsası avropalılar Azərbaycanla bağlı olanları hansısa kitab,jurnal və sayıtlardan deyil,canlı gördü. Azərbaycan xalçalrının,muğanının təqdim edilməsi avropa əhalisinin həm elit təbəqəsi,həm oyunları izləməyə gələn insanları öz gözləri ilə görmüş oldular.


Tural müəllim, bildiyiniz kimi, I avropa Oyunları ərəfəsində Bir sıra xarici informasiya Agentliklərində Azərbaycana qarşı qarayaxmalar,antiazərbaycan təbliğatı yer aldı.
Sizcə,bu ölkəmizə qarşı olan ənənəvi təbliğatın davami idi yoxsa yeni?


- Çox sağ olun,maraqlı sualdı.
Qeyd edim ki, əvvəllər dırnaqarası beynəlxalq təşkilatlar var ki,bunlar demokratiya adı altında Azərbaycana qarşı əsassız antiazərbaycan təbliğatı aparırlar.Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi və gəlib Azərbaycanda gördükləri bu inkişafı qəbul edə bilmirlər,qısqanclıqla yanaşırlar.Bəzi qüvvələr demokratiya adı altında,demokratiyadan xəbəri olmayan həmin qara qüvvələr bir bəhanə axtarırlar ki , Azərbaycanda möhtəşəm tədbir başlayanda yadlarına düşsün və bundan istifadə etməklə antiazərbaycan təbliğatını aparsınlar. Bildiyimiz kimi , bu gün Azərbaycan siyasi və iqtsadi inkişaf baxımında dünyanın inkifaş etmiş ölkələri sırasında yer tutu. Belə olan halda təbii ki,qara qüvvələr,Azərbaycanı istəmiyən nankorlar bir bəhanə uydurmaqla öz çirkin əməllərini işə salacaq.Təbii ki,belə qara qüvvələrin siyası kompaniyaları həm idmanı bəhanə gətirərək,onu siyasətə çevrib Azərbaycana qarşı antitəbliğat aparmaq heç bir fayda vermədi və verməz.Çünki Azərbaycan xalqının birliyi var, cənab prezidentin ətrafındadı.Xalq olaraq,gənclik olaraq biz rəhbərimizə inanırıq və cənab prezidentin uğurlu siyasəti sayəsində bu cürə qara qüvvələr iflasa uğradı.
Danılmazdı ki,inkişaf olan yerdə inkişafın qarşısını almaq istəyən qüvvələr də var.
Gənc bir tarixçi və istimai-siyasi məsələlərlə məşqul olan gənc kimi,bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, cənab prezident İlham Əliyev son çıxışlarının birində də qeyid etdi ki, bu gün dünyada özlərini demokrat adlandıran,belə desək, demokratiya yox,ədalət yox güclərindən istifadə edib ədalət yaratmaq istəyirlər.Yani bu,gün belə sima yaratmaq istəyirlər ki, dünyada ədalət yox,güclü olan qalib gəlir.
Bildiyimiz kimi,Azərbaycanın tarixi torpaqları 20 ildən artıqdır ki, erməni sepratçıları tərəfindən işğala məruz qalıb.Bunun nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün olub.Buna görə də,Azərbaycanda belə qara qüvvələrin antiazərbaycan təbliğatı aparma düşmənçilikdən və paxıllıqdandır.I Avropa Oyunlarının ilk olaraq ölkəmizdə və qısa müddətdə idmana aid olan qurğuların , yerlərin tikilib, hazır edilməsi hədsiz dərəcədə böüyk möcüzədir.
Əgər dünyan ədalətdən adışırsa,Azərbaycanın birinci xanımı – Mehriban Əliyevanın fəaliyyətinə gələk.
Sadə bir dildə deyim,bu gün Barak Obama yardım adı ilə demokratiya adı altında dünyaya pul paylaşdırır. Onun da həyat yoldaşı Mişel Obamadı. Bəlkə,siz bilirsiz,amma mən mətbuatda görməmişəm ki, Mişel Obama Mehriban xanım kimi hansısa bir xeyiriyyə tədbiri keçirsin ,ya da ki hansısa böyük işlər görsün.Bu gün Azərbaycanın prezidenti cənab İlham Əliyev onu seçən xalqının laiqli rəhbəridi və işini də böyük qətiyyətlə həyata keçirir.Ancaq,xalq onu seçəndə deməmişdir ki,sizin yoldaşınız işləyəcək ,ya işləmiyəcək. Mehriban xanımın dövlətinə,xalqına ,vətəninə olan sevgisidi ki həm öz yoldaşına xalqa xidmətdə kömək edir , həm də xalqını sevərəkdən xalqına xidmət edir.
Əlillərə,imkansızlara kömək edir,müalicə üçün xaricə göndərir ,Azərbaycan balalarına təhsil almaqdavə s. bu kimi işlərdə Heydər Əliyev Fondunun hesabın yardım edir.
İndi siz deyin,bunu hansı ölkənin birinci xanımı edir!


Tural müəllim, hamımıza məlumdur ki, Ermənistanda,xüsusən də son vaxtlarda xalqla hakimiyyət arasında böyük uçurum yaranıb.Etirazlar erməni xalqının hakimiyyətə qarşı öz haqlı hüquqları ilə bağlıdı ,yoxsa kənar qüvvələrin marağı var?


- Əslində bu gün Ermənistanın separatizimlə idarəçiliyi,terrorist insanların bu ölkəyə rəhbərlik etməyi erməni xanqını bezdirib.Onlar pis vəziyyətdə yaşayır.Ermənilər bilirlər ki,rəhbərlərləri kimdi,bilirlər ki,Serj Sarkisyan kimdi – bilirlər ki o,əli qana batmış quldur bir insandı.Bu gün Ermənistanda əhalinin küçələrə çıxmasının səbəbi birbaşa sosial problemlərlə bağlıdı.Hesab edirəm ki,xarici qüvvələrin cüzi əli ola bilər.Çünki ömrü boyu onun-bunun əlinin altında olan bir dövlər və lobbiləri elə həmişə də bu gündə olub.Bir tərəfdən Rusiyanın, indidə istəyir keçsin avropanın şilləsinin altına. Xalq da görür ki , biz kimə köləlik edək?. Bizim rəhbərimiz kimdi?. Buna görə də həm sosial vəziyyətin ağırlığı,iqtisadiyyatın zəifliyi xalqın etirazlara səbəb olur.
Ermənistan kənardan gələn pulların hesabına güclə ayağ üstdə qalan dövlətdir.


Azərbaycan müxalifətinin fəaliyyətini necə dəyərləndirirsiz ?

- Cənab prezident həmişə çıxışlarında qeyd edir ki,biz demokratik dövlətik və demokratiyanın daha da inkişafı uğrunda mübarizə aparırıq.Doğrudan da , belədi. Bu gün cəmiyyətimiz demokratik inkişaf yolundadı.Əgər hansısa ölkədə demokratiya varsa və demokratiya inkişaf edirsə,onun müxalifət də inkişaf etməlidir.Çünki demokratik dövlətlərdə iqtidar varsa müxalifət də olmalıdır.Şəxsən demokratik bir ölkədə müxalifətin olmasını yüksək qiymətləndirirəm.Ancaq,təssüflər olsun ki,bizim ölkəmizdə bu bir tərəflidir.Məsələn: Cənab prezidentin fəaliyyəti nəticəsində təhsilimiz,mədəniyyətimiz,gücümuz getdikcə inkişaf edir.Amma bizim müxalifət elə 1993-94-cü illərdə necə idi,indi də elədi.Bircə simaları dəyişib.Tərkibi dəyişib,inkişafla bağlı heç bir dəyişiklik yoxdu.Müxalifət o demək deyil ki, iqtidara qara yaxasan, nə gəldi danışasan.Müxalifət odur ki,iqtidarda olan nöksanları deyəsən və sağlam hakimiyyət uğrunda olasan.Bizdə də nöksan tapa bilmirlər.Bəziləri beynəlxalq qüvvələrin dəyirmanına su tökməklə məşquldular.
Çox təssüflər ki, Azərbaycanda müxalifət hədsiz dərəcədə zəifdi.Ona görə ki,orda dəyişiklik yoxdu.Əli kərimli elə 20 ildi bir islahatdan keçir.Özü bir partiyanın rəhbərliyindən gənclərə verə bilmir.Bu uğursuz bir siyasətdir.Çunki 1993-cü ildən bəri heç bir etimadı doğrultmayan bir adamdı. Elçibəyin hakimiyyəti illərində gəlmişdilər də xalqın etimadın qazanıb qalardılar.Onları kim çıxartdı.Rəhmətlik Elçibəy özü deyirdi ki,bacarmıram. Ümummilli lider Heydər Əliyev gələndən sonra vəziyyət dəyişdi.

Əbülfəz Elçibəy nəyi bacarmadı?

- Allah Elçibəyə rəhmət etsin.Azərbaycan şərqsünaslığında bir ziyalı kimi,ümumiyyətlə 1998-ci ildə meydan hərəkatında fəaliyyəti olan bir şəxsdi.Azərbaycan tarixində qalan bir şəxsdi.Bilirik ki,Azərbaycan tarixinə ikinci prezident kimi daxil olub.Amma peşəkar siyasəçi deyildi.Onun və komandasının dövləti idarə etmək təcürbəsi yox idi.Buna görə də separatizim,özbaşınalıq baş alıb gedirdi.Bizə də peşəkar siyasətçi lazimidi və onuda Allah qismət etdi: - Ümummilli lider Heydər Əliyev gəldi.Hər şeydə göz qabağndadı,danışmağa ehtiyac yoxdu.


Dediniz Azərbaycan müxalifəti kənar qüvvələrin təsirindədi.Siz hansı kənar qüvvələri görürsüz?

- Bunu acıq demək lazımdır ki,bu gün Azərbaycanın bəzi rəsmi dövlət səfirlikləri öz səfirliyindən əlavə kimisə öz stolunun altında gizlədir.Məsələn; Emin Hüseynolv kimilər.
İndi yaxsi,bura gəlib öz dövlətin təbliğ etməyə,yoxsa hansısa vətənin pula satan,xaini gizləyib öz ölkəsinə yola salmağa?!
Yaxşı,onda Azərbaycan nə etməlidi?
Amerikanın özü.Bunu açıq demək lazımdı.
Emin Hüseynovun elə etməsində Azərbaycan müxalifətinin əli vardı?
Bəli! ...Mən hesab edirəm ki,onlar əlbiridilər və bir adamlardı.
Siz düşünün,bir vətəndaş – Emin Hüseynov nəyə görə xarici səfirliyin binasında gilənməlidi.Emin kimidi ki, Azərbaycan dövləti ona təpki göstərsin? Deməli,nəsə qanun pozuntusu edib ki axtarışda olub.
Gəlib gənclərin beynin zəhərliyirlər.Emin Hüseynov kimi səriştəsiz,ağıldan boş olan gəncləri dövlətə qarşı yönləndirirlər.Mən də Azərbaycan gənciyəm ...Qanunu pozmamışamsa,niyə mən axtarışa verilim axı.
Emin özünü populyarlaşdırmaq isəyirdi.İnid də gedib oturub,xarici qüvvələrdə,ordan sosial şəbəkələrlə yüz oyunlar çıxardırlar.
Olsun Azərbaycan müxalifəti.Xalq böyük qüvvədir.Onlar yaxşıdısa,xalq onları niyə istəmir.Xalqin səsi haqqın səsidir- belə bir misal var.
Niyə Əli kərimli yerində qalıb?. Bunlar da Azərbaycan vətəndaşıdır.Biz müxalifətə də hörmətlə yanaşırıq.Amma saxta yollarə , xarici qüvvələrin gücü ilə Azərbaycan xalqını ələ almaq qeyri-mümkündür.Çünki şərəfli xalqıq,gözü açıq xalqıq və ağı qaradan seçəməyi bacaran xalqıq.


Məlumdu ki,dünyanın müxtəlif ölkələrində inqlab nəticəsində hakimiyyət dəyişmələri baş verir.
Tarixçi olaraq bu barədə nə düşünürsüz?

- Bir gənc tarixçi kimi dünyanın müxtəlif ölkələrinin keçmiş və indiki tarixi ilə bağlı az-cox məlumatım var.İlk öncə qeyd edim ki, həm işğalçı baxımından,bu inqlablar baxımından separatizim və pərakəndəlik müsəlman ölkələrində baş verir.Sual yaranır ki niyə?
- Ona görə ki,bəzi qüvvələr müsəlman dövlətlərinin inkişafı ilə bağlı gözgötürməzlik edir.Burada vahid bir prinsip yaratmaq istəyirlər.Mən həmişə qeyd etmişəm ki, Azərbaycanda dini məsələlər yüksək səviyyədədir.Amma dünyada İslama qarşı saxta proseslər gedir.Burada məqsəd müsəlmanları zəiflətmək,pərakəndəlik yaradıb,baş qatmaqdan ibarətdir.Bu gün demokratiya adı altında belə prosesləri öz məqsədləri üçün müsəlman ölkələri arasında yaradıllar.Tarixi bir məsələyə nəzər salaq:
Bu gün İsrail Fələstin torpaqlarında müstəqil dövlətdir.Ancaq fələstin hələ muxtariyyətdir.
Azərbaycan müsəlman ölkədir.Ancaq ayrılmaz tərkib hissəsi - Dağlıq Qarabağ xristian ölkəsinin işğalındadır.
Dünyanın ədalət tərəzisi kimi baxdığı Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı 4 qətnaməsi var.Ancaq hec biri həyata keçmir.Amma özlərinə lazım olanda , elə həmənki o 4 qətnaməni 20 ildən atıqdır həyata keçirməyən BMT Liviya haqqında qətnaməni bir saata Fransa samalyotlarından həyata keçirdi – Amerikaya bombalatdırdı.
Bu cürə hüqudan danışırlarsa Azərbaycan xalqının da hüquqları var və o torpaqlar – Dağlıq Qarabağ Azərbaycanındır.Mən sizi əmin edirəm ki amerikalılar çox gözəl bilirlər ki , bu torpaqlar Azərbyacanındır.Sadəcə bunu beynəlxalq qurumlarda deməyə,etiraf edməyə daxillərindəki hisslər imkan vermir.
Ancaq mən həmişə bunu deyirəm və yenə də deyirəm ki , cənab prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti Azərbaycanın öz doğma torpaqlarını geri qaytaracaq.


Gənc tarixçi olaraq özünüzün və Azərbaycan gəncinin fəaliyyətindən razısınız mı?


- Əvvəlcə onu deyim ki , siyasi partiyalıq sisteminə gəldikdə mən 2003-cü ildən Yeni Azərbaycan Partiyasının(YAP) üzvüyəm və bundan da qürur duyuram.Hesab edirəm ki , Azərbaycanda bir alternativsiz patriya var.O da YAP-dır.Bu ona görə deyil ki , hakim partiyadır. Ona görə ki ,əməlinə və onu yaradan şəxsin şəxsi keyfiyyətlərinə görə. YAP-ın üzvü olaraq çalışmışam ki buraya hansısa töhvə verə bilim.Buna da nə dərəcədə nail olmuşam deyə bilmərəm.Bunu zaman göstərəcək.
Digər gənclərə gəldikd isə deyə bilərəm ki , Azərbaycanda dövlətinə,millətinə,tarixinə və azərbaycançılığa sadiq olan kifayət qədər savadlı gənc kadırlar var.
Düşünürəm ki, Azərbaycan gənci ilk növbədə mənəviyyatlı və azərbaycançılıq ideologiyasına xidmət etməlidir.O ideologiya arxasınca getmək lazımdı ki,xalq,millətə xidmət edir.Eyni zamanda,Azərbaycan gəncliyi qara qüvvələrə qarşı ayıq olmalıdır.Müəyyən şirindimələrə qarşı qətiyyətli və barışmaq olmalıdır.Müxtəlif yalan vədlər verirlər,müxtəlif ofislərlə.Mən şahid olmuşam , “wifi pulsuzdu bizdə.Gəlin fəaliyyət göstərin” deyirlər.Sonra da kitabın arasından başqa şey çıxır.Ona görə də gəncliyimiz ayıq olmalıdır ki , belə qüvvələr onların beynini zəhərləməsin.Bizim yolumuz azərbaycançılıq – hamıya bəlli olan yoludur.

Azərbaycan parlement seçkiləri ərəfəsindəri .Siz bu seçkilərdə namizdəliyinizi irəli sürməcəksizmi?
Bilirsiz necədi,bizim məqsədimiz millət vəkili olmaq deyil.Bu , bəlkə də , kənarda qeyri-səmimi görsənə bilər. Söz baxımından deyəm ya necə.Mənim üçün dövlətə xidmət önəmildir.Şükürlər olsun ki,ölkəmizdə hər cür şərait var.Rəhbər olduğum orqan vasitəsi ilə öz təbliğatımı aparıram.Amma şərait yaranarsa , təklif gələrsə bu barədə düşünərik ki,hansısa bir dairədən namizədliyimizi irəli sürək.Hələki bu barədə düməmişəm.


Sonda bizə sözünüz və tövsiyyəniz ...

- Çox sağ olun.Təşəkkür edirəm. Mən sizin yazılarınıza da oxuyuram.Sosial şəbəkələrdəndə izləyirəm.Siz bacarıqlı və ədəbi dilimizi bilən gənc jurnalistlərdənsizniz.Sizə uğurlar arzulayıram və Xalqinfo.az –ın bütün əməkdaşlarına təşəkkür edirəm.Arzu edirəm ki həmişə ədalətli məsələlərdən yazasınız.

Hazırladı:Kainat Şirin

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler