» » Zakir Qaralov İmişlidə vətəndaşları

Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək

Bölmə: Sosial, BLOK XƏBƏR
Zakir Qaralov İmişlidə vətəndaşları  Baş prokuror İmişlidə vətəndaşları qəbul edəcək.

Xalqinfo.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 24-də saat 11:00-da İmişli rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Mənbə
APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler