» » Əlil uşaqlar Türkiyəyə

Əlil uşaqlar Türkiyəyə aparılıldı

Bölmə: Sosial, BLOK XƏBƏR
Əlil uşaqlar Türkiyəyə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 25 nəfər uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Türkiyənin

Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinin əlilliyi olan şəxslərin tibbi reabilitasiyası, bir sıra çətin sağalan xəstəliklərin müalicəsi sahəsində ixtisaslaşmış müəssisə olduğunu vurğulayıb.

O deyib ki, bu ilin aprel ayının əvvəlindən bəri ƏƏSMN tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin və hazırda göndərilən qrup da daxil olmaqla 50 nəfər sağlamlıq imkanları məhdud uşağın Türkiyəyə, Nobel Tibb Mərkəzinə göndərilməsi təmin olunub. Göndərilən şəxslər həmin mərkəzdə 5 ulduz oteldə yerləşdirilir və Dənizli bölgəsinin müalicəvi təbii potensialından geniş istifadə olunmaqla onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.

Nazirliyin həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, göndərilən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara orada göstərilən xidmətin təşkilinə nəzarət etsin, eyni zamanda mərkəzin reabilitasiya təcrübəsini öyrənsin. Nobel Tibb Mərkəzində bərpa-müalicə kursunu başa vuraraq geri dönən insanlar orada aparılan müalicə işlərinin səhhətlərində müsbət dəyişikliklər yaratdığını bildirirlər.

Ümumiyyətlə, bu ilin ötən dövründə 190 əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa-müalicəsinə göndərilməsinin nəzərdə tutulur. Bu, ötən ilin müvafiq göstəricisindən 20 faiz çoxdur.

Onun sözlərinə görə, bu işlərlə yanaşı, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında ƏƏSMN tərəfindən ayrı-ayrı əlilliyi olan şəxslərin respublikadan kənar müalicəyə göndərilməsinə, habelə respublika daxilində müalicə olunmalarına köməkliklər də göstərilir. Eyni zamanda Nazirliyin bərpa-müalicə müəssisələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət hesabına bərpa-müalicə xidməti ilə təmin olunurlar.

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının tibbi-sosial reabilitasiyası, o cümlədən xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkil olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Mənbə
ANS ,
Sizinyol.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler