» » Dərmanlara nəzarət qiyməti

Dərmanlara nəzarət qiyməti müəyyənləşdirildi

Bölmə: Sosial, BLOK XƏBƏR
Dərmanlara nəzarət qiyməti  “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarda bəzi dəyişikliklər edilib.

Xalqinfo.az bildirir ki, Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata əsasən, Azərbaycanda dərman vasitələri və dini təyinatlı vasitələrin nəzarət qiyməti müəyyən edilib.

Dəyişikliyə əsasən nəzarət markası verilən nüsxələrin növləri sırasına ayrıca dərman vasitələri və dini təyinatlı nüsxələr əlavə edilib. Dərman vasitələrinin bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 1 qəpik, dini təyinatlı vasitələrin (kağız və elektron daşıyıcılarda dini ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları) bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 2 qəpik müəyyən edilib.

Qeyd edək ki, 2014-cü ildə "Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği" təsdiqlənib. Həmin qərara əsasən, 1 nəzarət markasının alınmasına görə vahid qiymət, yəni 15 qəpik müəyyən edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler