» » Tələbələri günəş enerjisi ilə işləyən

Tələbələri günəş enerjisi ilə işləyən miniavtomobil yaradıblar

Bölmə: Sosial, MARAQLI
İyulun 9-da Xəzər Universitetində günəş enerjisi ilə işləyən miniavtomobilin təqdimatı olub.

Xalqinfo.az xəbər verir ki, miniavtomobili bu ali məktəbin elektronika və telekommunikasiya departamentinin müdiri, dosent Nuru Səfərovun rəhbərliyi ilə mühəndislik və tətbiqi elmlər fakültəsinin bir qrup tələbəsi hazırlayıb.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edərək miniavtomobili hazırlayan işçi qrupunun yaradıcı əməyini yüksək qiymətləndirib, bunun universitet üçün əlamətdar hadisə olduğunu söyləyib. H.İsaxanlı miniavtomobilin yaradıcılarına bu sahədəki gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

N.Səfərov tələbələrin bir neçə ay ərzində gərgin çalışdıqlarını, digər layihələr üzərində işlərin davam etdiriləcəyini söyləyib.

Sonra miniavtomobilin idarə olunması nümayiş etdirilib.
Mənbə
http://azertag.az/xeber/Xezer_Universitetinin_telebeleri_gunes_enerjisi_ile_isleyen_miniavtomobil_yaradiblar-870205

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler