» » Tovuzda ayın 8-ci nəfərini

Tovuzda ayın 8-ci nəfərini ilan sancıdı

Bölmə: Sosial
 Tovuzda ayın  8-ci nəfərini Tovuzda 33 yaşlı kişini ilan sancıb.

Xalqinfo.az bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Elbrus Abbasov əkin sahəsində işləyərkən ilan onun əlindən sancıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlər kənd sakininin vəziyyətinin kafi olduğunu bildiriblər.

Qeyd edək ki, son bir ayda regionda 10 nəfəri ilan sancıb. Onlardan 8 nəfər Tovuz rayon sakinidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler