» » Zaqatalada ailə üzvü qarpızdan

Zaqatalada ailə üzvü qarpızdan zəhərləndi

Bölmə: Sosial
Xalqinfo.az bildirir ki,Zaqatalada altı nəfərdən ibarət ailə qarpızdan zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Çobankol kənd sakini olan Musayevlər ailəsinin altı üzvü xəstəxanaya yerləşdirilib.

1952-ci il təvəllüdlü Pəri Qurban qızı Musayeva, onun oğlu, 1976-cı il təvəllüdlü Mustafa Nəzirməmməd oğlu Musayev, Mustafa Musayevin həyat yoldaşı, 1980-cı il təvəllüdlü Təbrik Merhan qızı Musayeva və Mustafa Musayevin üç övladı – 1999-cu il təvəllüdlü Gülbikə, 2001-ci il təvəllüdlü Günel və 2014-cü il təvəllüdlü Sirac iyulun 8-i saat 02.30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.

Həkim müayinəsi və araşdırmadan sonra məlum olub ki, ailə qarpızdan zəhərlənib. Tibbi yardım göstərildikdən sonra onların vəziyyəti stabilləşib, müalicələri davam etdirilir.
Mənbə
APA,
izinyol.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler