» » Azərbaycanda turizm şirkətlərindən

Azərbaycanda turizm şirkətlərindən fırıldağlıq

Bölmə: Sosial, GÜNDƏM
Azərbaycanda turizm şirkətlərindən  Yay fəsli çox iş yerlərində süstlük dövrüdür. Əməkdaşların əksəriyyəti məzuniyyətdə olur. Məzuniyyət zamanı vətəndaşlar fərqli istirahət yerləri seçirlər. Bəzi vətəndaşlar yerli turizm bölgələrini seçdikləri halda, digərləri qiymətlərin daha ucuz olduğunu, həm də ki, yeni yerlər görməyin mümkün olduğunu nəzərə alaraq xarici ölkələri seçirlər. Ancaq təəssüflər olsun ki, istirahət etmək istəyən vətəndaşlarımız bəzən kələklərlə də üzləşirlər. Turizm şirkətləri istirahət etmək istəyənlərə kələk gəlirlər.

Xalqinfo.az-ın məlumatına görə, Rafiq adlı oxucu Milli.Az-a yazdığı məktubunda bildirir ki, ötən ay Türkiyədə istirahət etmək üçün turizm şirkətlərindən birinə müraciət edib. Ona 700 manat müqabilində Türkiyənin Alanya bölgəsində istirahət etmək üçün 5 günlük tur paketi satıblar.

Elə təyyarədə ikən bir nəfər bakılı turist ilə yanaşı oturub. Söhbət zamanı məlum olub ki, yanında oturan digər turist onunla eyni gündə 700 manat ödəməklə onunla eyni oteldə 7 günlük istirahət turu alıb. Bütün şərtlər də eyni olub - təyyarə bileti, nəqliyyat, gündəlik 5 dəfə yemək və pulsuz içki.

5 günlük istirahətdən geri döndükdə yol yoldaşı hələ iki gün də Türkiyədə qalıb. Geri qayıdarkən iradını turizm şirkətinə bildirib, lakin onun iradını qəbul etməyiblər. Müxtəlif bəhanələrlə günahı öz boyunlarından atmağa və haqlı çıxmağa çalışıblar. Şirkətə edilən şikayətin heç bir faydası olmayıb.

İndi oxucu bilmək istəyir ki, turizm şirkətinin müştərini bu cür aldatmasına görə haraya şikayət edə bilər.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Ekspert bildirdi ki, Azərbaycanın turizm şirkətlərində bu cür fırıldaqlar tez-tez olur. Müştəriyə kələk gəlməklə daha çox pul almaq tək burada deyil, turistin getdiyi ölkədə də baş verir.

"Burada tur paketi satan şirkətin xarici ölkələrdə də tərəfdaşları olur. Turist otelə çatan zaman həmin tərəfdaş şirkətin bələdçisi onunla əlaqəyə keçir. Bölgədəki müxtəlif gəzməli və görməli yerlərə gəzinti təklif edir. Həmin tərəfdaş şirkətlər, misal üçün, Türkiyənin özündə olan şirkətlərdən ən azı iki dəfə baha qiymət deyirlər müştəriyə. Əgər harayasa getməyi yerli şirkətlər 30 avroya təşkil edirlərsə, həmin şirkətlər müştəridən eyni xidmətə görə ən azı 60 avro alırlar. Turisti aldadırlar ki, guya onların təklif etdikləri tur başqadır, ancaq tamamilə eyni şeylər olur. Kifayət qədər məlumatı olmayan turist isə aldanır və real qiymətlərdən qat-qat artıq pul ödəyir", - deyə o əlavə edib.

Qurum sədri turistlərin özlərini də diqqətli olmağa çağırır. Bununla belə deyir ki, turizm şirkətinin kələyi ilə üzləşən vətəndaşın hüquqlarını bərpa etmək olar.

İstehlakçı hüquqlarının pozulduğunu düşünən vətəndaş Ticarət və Sənaye Nazirliyi, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinə şikayət ərizəsi yaza bilər. Bundan başqa, vətəndaş Azad İstehlakçılar Birliyinə də ərizə ilə müraciət edə bilər ki, onun istehlakçı hüquqları bərpa olunsun.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler