» » Elçin Quliyev vətəndaşları

Elçin Quliyev vətəndaşları qəbul edəcək

Bölmə: Sosial
Elçin Quliyev vətəndaşları  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iyulun 9-da Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən şəxslərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyulun 7-dək Dövlət Sərhəd Xidmətinin rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.

Xalqinfo.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Mənbə
http://azertag.az/xeber/Dovlet_Serhed_Xidmetinin_reisi_vetendaslari_qebul_edecek-869590

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler