» » Əlillərə qayğı

Əlillərə qayğı Foto

Bölmə: Sosial
Əlillərə qayğı
İstedadlı əlillər ictimai birliyinin
Mətbuat xidmətindən Xalqinfo-ya daxil olan məlumata əsasən


Bu gün "Bakı əyləncə mərkəzi"ndə əlillər arasında boulinq üzrə 2-ci Açıq Azərbaycan çempionat keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyə,Milli Paralimpiya Komitəsinin və Azərbaycan Boulinq Federasiyasının təşkilatı dəstəyi ilə Əlil İdmançılara Dəstək İctimai Birliyi Bakıda Əlillər arasında Boulinq üzrə 2-ci Açıq Azərbaycan Çempionatı keçirilmişdir.Yarışın iştirakçıları Milli Paralimpiya komitəsinin müxtəlif sahələri üzrə paralimpiyaçıları və qeyri paralimpiya idman növlərinin idmançıları iştirak etmişlər.

Bu yarış “Əlill və KİV-2” layihəsi çərçivəsində həyata keçirilir və bizim əsas məqsədimiz-Əlillərin cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını,onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını KİV ilə insanlara çatdIrmaqdır.

Gərgin mübarizə şəraitində keçən final mərhələsində kişilər arasında birinci yerin qalibi Faiq Əsədullayev, ikinci yerin qalibi İlham Məhərrəmov, üçüncü yerin qalibi isə Asif Qasımov olmuşdur. Qadınlar arasında birinci yer Mariya Samuylova , ikinci yerə Bahar Şıxıyeva,üçüncü yerin qalibi isə Azadə Abdullayeva olmuşdur. Birinci yerin qaliblərinə kubok, digər yerləri tutanlara isə diplom və qiymətli hədiyyələr verilib.
Əlillərə qayğı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler