» » Lənkaranda azyaşlı uşaqlar

Lənkaranda azyaşlı uşaqlar yanıq xəsarətləri alıblar

Bölmə: Sosial, Kriminal
Lənkaranda azyaşlı uşaqlarLənkəranda bir gündə iki yanıq hadisəsi baş verib. Xalqinfo.az bildirir ki, APA-nın cənub bürosunun məlumatına görə, birinci hadisə rayonun Vilvan kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Nihad Səmədovun üzərinə diqqətsizlik səbəbindən qaynar samovar aşıb. Nəticədə uşaq kürək və bel nahiyəsinin 2-3-cü dərəcəli termiki yanıqları diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Digər hadisə də diqqətsizlik səbəbindən baş verib. Belə ki, Lənkəran şəhərinin M.F.Axundov küçəsi, 20 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Aysel Əlizadənin üzərinə tökülən qaynar su körpənin 2-3-cü dərəcəli termiki yanığın alması ilə nəticələnib. Lənkəran MRX-da ona müvafiq tibbi yardım göstərilib.

Hazırda hər iki uşağın vəziyyətinin stabil olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler