» » Bakının bir rayonunda

Bakının bir rayonunda 3 bahalı maşın yandı

Bölmə: Sosial
Bakının bir rayonunda  Bakıda 3 avtomobilin yanması ilə nəticələnən yanğın hadisələri baş verib. Xalqinfo.az bildirir ki, ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hər üç hadisə də paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

İlk yanğın hadisəsi zamanı Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Növbəti yanğın zamanı Suraxanı rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilin mühərrik hissəsi yanıb. Minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda baş vermiş üçüncü hadisə vaxtı vətəndaşa məxsus "PRADO" markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler