» » Lənkaranda qanunsuzluq:

Lənkaranda qanunsuzluq: Haram süd

Bölmə: Sosial
Lənkaranda qanunsuzluq: Lənkəranda antisanitar şəraitdə istehsal edilən süzmə və kəsmik aşkarlanıb. Xalqinfo.az bildirir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin məhsullar Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin keçirdiyi reyd zamanı Lənkəran rayonu, Göybaşa kəndində, İbrahimov Laçın Vilayət oğluna məxsus evin həyətində tapılıb.

Məlum olub ki, istehsal olunan süzmə və kəsmiyin Respublika Səhiyyə Nazirliyi tərəfindən verilən uyğunluq sertifikatları yoxdur. Məhsullarının üzərində heç bir markalanma da olmayıb.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin baş məsləhətçisi Xalid Ələkbərlinin sözlərinə görə, xammal istifadə müddəti keçmiş, insan həyatı üçün təhlükəli məhsullardır. O həm də bildirib ki, süd məhsullarının xammalı məişət tullantıları atılan yerdən götürülüb.

Süzmə və kəsmiyin satışının qadağan olunması barədə məhdudlaşdırıcı qərar verilib. Fakt üzrə araşdırmalar davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler