» » Şəkidə qadın dərmandan

Şəkidə qadın dərmandan zəhərləndi

Bölmə: Sosial
Şəkidə qadın dərmandan Şəkidə 31 yaşlı qadın dərmandan zəhərlənib. Xalqinfo.az bildirir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Xəyalə Etibar qızı Məmmədova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər ona zəhərlənmə diaqnozu qoyublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, Xəyalə Məmmədova bilmədən səhv dərman qəbul edib.

Qadın xəstə övladı üçün təyin olunan pereparat qəbul etdiyi üçün zəhərlənib. Qadın polisə verdiyi izahatında dərmanı bilmədən qəbul etdiyini bildirib.

Həkimlərin səyi nəticəsində qadının həyatı xilas olunub. Hazırda onun vəziyyəti nisbətən yaxşıdır.

Qeyd edək ki, Xəyalə Məmmədova 3 uşaq anasıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler