» » Gecə işləmək orqanizmdə

Gecə işləmək orqanizmdə bu fəlakətləri yaradır

Bölmə: Sosial
Gecə işləmək orqanizmdə  İngiltərənin Surrey qraflığının mütəxəssisləri gecə işləməyin insan orqanizminə ciddi zərər vurduğunu müəyyən ediblər.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in məlumatına görə, araşdırmada məhz gecə işləyən insanlar iştirak edib. Həmin insanların orqanizmində 97 faiz DNT hüceyrələrində sinxronluğun pozulması müşahidə edilib. Bunun da nəticəsində insan bədəninin hormonal sistemində pozğunluq yaranır, bədən temperaturu dəyişir, beyin funksiyalarında dəyişikliklər yaranır.

Mütəxəssislər iddia edirlər ki, bütün bunlar orqanizmə molekul səviyyəsində ziyan vurur. Bu da zaman keçdikcə daha da dərinləşərək xərçəng, 2-ci növ diabet, ürək xəstəlikləri kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur. Daha əvvəllər aparılan təcrübələrdə isə müəyyən edilmişdi ki, gecə işləmək qadınlarda sonsuzluğa gətirib çıxarır.

Araşdırmaçılardan biri isə bildirib ki, sutka ərzində növbəli işləmək sanki bütün saatları müxtəlif vaxtları göstərən bir evdə yaşamaqdır. Sonda bu, xaosa səbəb olur. Onun sözlərinə görə, bioloji saatın pozulması nəticəsində yaranan mənfi təsir özünü iki ildən sonra göstərməyə başlayır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler