Bakıda rejim dəyişəcək

Bölmə: Sosial
Bakıda rejim Azərbaycan Nazirlər Kabinetinin ölkədə keçirilən Bakı-2015 l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı iyulun 1-dən öz qüvvəsini itirəcək.

Avropa Oyunları zamanı nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olacaq.

Qərarla Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarında çalışan işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək, 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək iş saatı müəyyən edilib.

Bundan əlavə, qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərlə bağlı isə 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, 50 faizi üçün də saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə olunub.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler