» » Bakıda qadın sürücü digər sürücünü

Bakıda qadın sürücü digər sürücünü yaraladı

Bölmə: Sosial
Bakıda qadın sürücü digər sürücünü Bakının Səbail rayonu ərazisində sürücülərdən birinin xəsaerət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az bildirir ki,Mehdi Hüseyn küçəsi ilə hərəkət edən Rəna Bayramovaya məxsus “Hyundai” maraklı minik maşını yolun Bünyəd Sərdarov küçəsi ilə kəsişməsində “London taksisi”nə çırpılıb. Qəza nəticəsində “London taksisi”nin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımla xəstəxanaya apırıb.

Ərazidə müayinə aparan Səbail rayon polis idarəsinin əməkdaşları qəza ilə bağlı ilkin versiyanın sürət həddinin aşılması olduğu qənaətinə gəliblər. Bundan əlavə xanım sürücünün hərəkət üstünlüyünə malik olan, “London taksisi”nin yoluna çıxdığı güman edilir. Amma bunlar hələlik ilkin versiyadır.

Qəzanın günahkarını müəyyən edəcək sübutlar isə, ərazidə olan təhlükəsizlik kamerasının yaddaşına həkk olunub. Bundan əlavə tibbi və avtotexniki ekspertizalar da hadisənin aydınlanmasında vacib rol oynayacaq.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler