» » Şəhid ailələri və əlillərə müjdə -VİDEO

Şəhid ailələri və əlillərə müjdə -VİDEO

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Şəhid ailələri və əlillərə müjdə -VİDEOİlin sonuna qədər şəhid ailələri və əlillərə 1000-ə yaxın mənzil veriləcək.Xalqinfo.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümov məlumat verib. Nazir digər bölgələrdə tikilən mənzillərin sayını da açıqlayıb və ilin sonunadək bütün evlərin sahiblərinə veriləcəyini deyib.

Hazırda respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində hündürmərtəbəli binalarda mənzillər alınaraq bu qrupa daxil olan insanlara veriləcək.

Nazir bildirib ki, İmişli və Beyləqan şəhərlərində 2 ədəd 54 mənzilli binalar, Şamaxı şəhərində isə 4 mərtəbəli 36 mənzilli bina tikilir.

Bundan əlavə ailələr üçün Bakının Nizami rayonunda 96 mənzilli 12 mərtəbəli bina da tikintisini davam etdirir. Bu mənzillər ilin sonuna kimi şəhid ailələri və müharibə əllillərinə veriləcək.



Mənbə
ANS TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler