» » Bakı metrosunda problem:

Bakı metrosunda problem: Qatarlar gecikdi

Bölmə: Sosial
Bakı metrosunda problem: “Bakı Metropoliteni”ndə qatarların hərəkətində gecikmə olub.

Xalqinfo.az bildirir ki,hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatar “Koroğlu”dan “Ulduz” stansiyasına hərəkət edərkən tuneldə qalıb.

“Bakı Metropoiteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a açıqlamasında gecikmənin nasazlıqla bağlı olduğunu deyib.

“Nəriman Nərimanov” stansiyasında texniki nasazlıq baş verib. Buna görə də, qatarların hərəkətində gecikmə olub. Qatarlar tuneldə qalmayıb. Sadəcə texniki nasazlıq səbəbindən “Həzi Aslanov” stansiyasından hər iki istiqamətdə qatarlar hərəkət sürətini azaldıb. Bu da sərnişinlərin narahatlığına səbəb olub. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində iş aparılır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler