» » Üç orqanı yeniləyən

Üç orqanı yeniləyən detoks proqramı

Bölmə: Sosial
Üç orqanı yeniləyən Türkiyəli məşhur həkim Mehmet Öz bədəni toksinlərdən təmizləyən 48 saatlıq detoks proqramını təqdim edib.

Hazırda Amerikada fəaliyyət göstərən Mehmet Öz qeyd edir ki, aşağı kalorili detokslar faydadan çox zərər verir. Çünki belə detokslar maddələr mübadiləsinin sürətini azaldır. Həmçinin, halsızlıq, baş ağrısı, ürəkbulantısı kimi hallara səbəb olur.

Doktor Öz doğru detoksun bəzi orqanları təmizləyib, yenilədiyini vurğulayır:

Qaraciyər: Toksinlərə qarşı ən böyük müdafiəni qaraciyər həyata keçirir. Qaraciyər toksinlərin qana qarışmadan öncə süzülməsini təmin edir.

Yoğun bağırsaq: Bu orqan xəstələnsə, toksinlərin bədəndən atılması mümkün olmaz.

Böyrəklər: Qanı təmizləyib, toksinləri sidik yolu ilə atmağınıza kömək edirlər.

Həkimin sözlərinə görə, detoksun faydalı olması üçün bu üç orqanı nəzərə alaraq qidalanmaq lazımdır. Doktor Öz təqdim etdiyi 48 saatlıq detoks proqramının məhz bu orqanları təmizləməyə kömək etdiyini bildirir.
Mənbə
Publika.az

Səhər yeməyi: Kinoalı qaysı

Günə bir kasa kinoa ilə başlayın. Kinoa bol miqdarda zülal ehtiva edir, həmçinin, fosfor və lif baxımından da zəngindir.

Kinoanı qaysı ilə birlikdə yeyin. Qaysı da liflə zəngin qidalardan biridir.

Tərkibi:
Yarım stəkan yuyulmuş kinoa
1 stəkan su
Bir az rəndələnmiş muskat qozu
1 çay qaşığı rəndələnmiş zəncəfil
1 xörək qaşığı kətan toxumu yağı
1/3 stəkan üyüdülmüş və ya xırda doğranmış qaysı
1/4 stəkan düyü südü
Bunların hamısını qarışdırıb yeyin.

Qeyd edək ki, düyü südü marketlərdə hazır halda satılır. Ancaq tapa bilməyənlər özləri də ev şəraitində hazırlaya bilərlər. 1 stəkan yumru düyünü 4 dəfə ilıq su ilə yuyun. Daha sonra dərin bir qabın içərisinə töküb üzərini keçəcək qədər su əlavə edin. Suda bir gecə saxlayın. Daha sonra suyu süzün. Blender vasitəsilə düyünü püre halına gətirin. Daha sonra torlu ələkdən keçirin. Düyü südünüz hazırdır.

Səhərin detoks içkisi:

Bu içki böyrəkləri təmizləyən kələm, həzmə kömək edən ananas və öd kisəsini təmizləyən zəncəfil ehtiva edir.

Tərkibi:
1/2 stəkan ananas
2 ədəd böyük xiyar
1 ədəd kələm (4 stəkan doğranmış)
Yarım ədəd limon
Bir dilim zəncəfil
1 dəstə nanə
Hamısını kokteyl blenderindən keçirib içkinizi hazırlayın. İstəsəniz buz əlavə edə bilərsiniz.

Günorta yeməyi: meyvəli ləzzət

Tərkibi:
1/2 stəkan badam südü
1 xörək qaşığı üyüdülmüş kətan toxumu
1/4 fincan dondurulmuş göyəm
1/4 banan
1/2 stəkan buz
Bütün məhsulları bir blenderə töküb püre halına gələnə qədər qarışdırın.

Axşam yeməyi: tərəvəz şorbası

Tərkibi:
2 ədəd qırmızı soğan (doğranmış)
2 ədəd kərəviz (doğranmış)
1 ədəd razyananın sapı və yarpaqları (doğranmış)
2 çay qaşığı razyana toxumu
2 çay qaşığı dəniz duzu
1 çay qaşığı istiot
4 diş sarımsaq (doğranmış)
1 ədəd kələm (doğranmış)
2 litr su
2 xörək qaşığı qırmızı istiot
Yarım dəstə təzə kəklikotu (doğranmış)
Yarım dəstə cəfəri (doğranmış)

Hamısını blenderdan keçirin. 2 litr suyu əlavə edib şorba halına gətirin.

Bu şorba öd kisəsinin öd ifraz etməsini sürətləndirəcək. Şorbanın yanında alma və ya evdə hazırlanmış, az duzlu kələm turşusu yeyə bilərsiniz.

Detoksun təsirli olması üçün axşam saat 19:00-dan sonra yemək yeməyin.

Hamam vannasını su ilə doldurub içərisinə dəniz duzu tökün. Bu suda ən az 25 dəqiqə qalın. Beləliklə, bədəniniz toksinlərdən daha tez təmizlənəcək.

Yatmazdan öncə bir stəkan zəncirotu çayı için. Bu çay qaraciyərin toksinləri atmasına kömək edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler