» » Şamaxıda ev, Ağsuda aptek

Şamaxıda ev, Ağsuda aptek yandı

Bölmə: Sosial
Şamaxıda ev, Ağsuda aptek Gecə və səhər saatlarında bir sıra rayonlarda yanğın hadisələri qeydə alınıb.

Xalqinfo.az bildirir ki,Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla məlumatına görə, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan aptekdə soyuducu, 1 ədəd plastik qapı və 1 kv.m sahədə dərman preparatları yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi isə Şamaxı rayonunda baş verib. Rayonun Mədrəsə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində döşəməsi 4 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler