» » “Yasın oxutdurmaqları ADNA-ya gəlməkdən min dəfə savabdır”

“Yasın oxutdurmaqları ADNA-ya gəlməkdən min dəfə savabdır”

Bölmə: Sosial, MANŞET
“Yasın oxutdurmaqları ADNA-ya gəlməkdən min dəfə savabdır”
“Azərbaycan Dövlət Neft Akademiyası terror hadisəsi ilə bağlı anım tədbiri keçirməyəcək və buna da lüzum görmür”. Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) prorektoru Qasım Məmmədov deyib.


Hadisədən 5 il keçdiyini deyən Q. Məmmədov bildirib ki, həmin dövrdə ADNA-da təhsil almış tələbələr artıq akademiyanı bitiriblər: “İndi bizdə təhsil alan tələbələri isə bu cür məlumatlarla əlavə olaraq həyacanlandırmağa zərurət görmürük. Dövlət tərəfindən də buna qiymət verilib və bildirilib ki, bu, terror aktıdır. Bu hadisələr dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələrinin orta və ali məktəblərdə də baş verib. Terrordan heç kəs sığortalanmayıb və bu cür hadisələr dünyanın hər yerində ola bilər”.

Prorektor ADNA-da baş vermiş terror hadisəsi ilə bağlı insanları yas saxlamamağı da məsləhət görüb: “Hadisə baş verən binan qarşısına və yaxud da pilləkənlərə gül düzməkdənsə, vəfat edənlərin məzarına gül qoyub, Yasın oxutdurmaqları ADNA-ya gəlməkdən min dəfə savabdır. Pilləkənin üstünə gül qoymaqla nəyi dəyişəcəyik?”.

Q. Məmmədov vurğulayıb ki, akademiya da ali məktəb səviyyəsində hadisənin qeyd edilməsini lüzum görmür: “Buna ehtiyac yoxdur. Bura ali təhsil müəssisəsidir. Əlbəttə, əməkdaşlarımız hadisədə vəfat edənlərin yaxınlarının keçirdiyi mərasimlərdə iştirak edəcəklər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler