» » Zərifə Əliyevanın 91 illiyi qeyd olunub

Zərifə Əliyevanın 91 illiyi qeyd olunub

Bölmə: Sosial, MANŞET
Zərifə Əliyevanın 91 illiyi qeyd olunub
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi paytaxtın Səbail rayonunda geniş şəkildə qeyd olunub. “Qafqazinfo”ya daxil olan məlumata görə, əlamətdar yubileylə bağlı idarə və təşkilatlarla yaşaşı, rayonun orta təhsil müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər, sərgi, inşa yazı və divar qəzetləri müsabiqələri, müxtəlif aksiyalar təşkil olunub.


Yubiley tədbirləri çərçivəsində 7, 163, 189, 190, 239 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə 132-134 saylı Təhsil Kompleksində görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 saylı orta məktəblərdə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik Gimnaziyada divar qəzetləri, 91, 162, 163 saylı orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 saylı Klassik Gimnaziyada Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevaının anadan olmalarının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri, 163 saylı orta məktəbdə idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılıb.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgiləri, İstiqlal muzeyində tədbir təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçısı olmuşlar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılmış yeni ekspozisiyalara ekskursiyaları təşkil olunub.

Aprelin 28-də 132-134 saylı Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilmiş, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilmişdir. Həmçinin 91 və 236 saylı orta məktəbdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunmuş dəyirmi masa, 132-134 saylı Təhsil Kompleksində «Qəlblərdə yaşayan insan» mövzusunda elmi-praktik konfrans keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler