» » Tərtərin əhalisinin 27,1 faizi

Tərtərin əhalisinin 27,1 faizi gənclərdi

Bölmə: Sosial
Tərtərin əhalisinin 27,1 faizi Ötən il Tərtər rayonunda əhalinin sayı 775 nəfər artaraq 101 min 768 nəfərə çatıb.

Xalqinfo.az xəbər verir ki,rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu göstərici ölkə əhalisinin 1,1 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun əhalisinin 15,6 faizini təşkil edir. Əhalinin 49,3 faizi kişilər, 50,7 faizi isə qadınlardır. Rayon sakinlərinin 29,5 faizi şəhərdə, 70,5 faizi isə kəndlərdə yaşayır. Əhalinin ümumi sayında 14 yaşadək olanlar 23 faiz, 15-64 yaşda olanlar 66,2 faiz, 65 və daha yuxarı yaşda olanlar isə 10,8 faizdir. Əhalinin 27,1 faizi 14-29 yaşda olan gənclərdir.

2014-cü ildə rayonda 1284 nəfər doğulub, 503 nəfər vəfat edib. Doğulanlardan 53,2 faizi oğlanlar, 46,8 faizi qızlardır. İl ərzində 677 nikah bağlanıb, 98 boşanma halı qeydə alınıb.
Mənbə
http://azertag.az/xeber/Terterde_ehalinin_271_faizini_gencler_teskil_edir-858845

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler