» » Dünya ölkələri İlham Əliyevi təbrik etdilər

Dünya ölkələri İlham Əliyevi təbrik etdilər

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Dünya ölkələri İlham Əliyevi təbrik etdilərXalqinfo.az bildirir ki,bir sıra ölkələrin dövlət başçıları, yüksək vəzifəli rəsmiləri 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayırlar.


İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səuddan: "Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".

X X X

İsveçin Kralı XVI Karl Qustavdan: Hörmətli cənab Prezident, Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

X X X

Niderlandın Kralı Villem-Aleksandrdan: "Cənab Prezident, Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, Sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram".

X X X

Peru Respublikasının Prezidenti Ollanta Humala Tassodan: "Zati-aliləri, Azərbaycanın milli bayramı- 28 May Respublika Günü münasibətilə Sizə ən səmimi təbrikimi çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı əlaqələrin göstəricisi olan dostluq münasibətlərinin daha da gücləndirilməsi və davam etdirilməsinə Peru tərəfinin marağını Zati-alinizin diqqətinə çatdırmaqdan məmnun olduğumu bildirirəm.

Nəcib Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayır, Zati-alinizə ən dərin hörmət və yüksək ehtiramımı izhar edirəm".

X X X

Əlcəzair Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Əlcəzair dövləti, xalqı adından və şəxsən öz adımdan ən səmimi arzularımı çatdırıram. Mən Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində Sizinlə birlikdə çalışmağa hazıram.

Cənab Prezident, icazə verin Sizə ən yüksək hörmət və ehtiramımı bildirim".

X X X

Koreya Respublikasının Prezidenti Pak Kın Hedən: "Zati-aliləri, Milli bayram – 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, ötən illər ərzində ölkələrimiz arasında möhkəmlənmiş dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək və xalqlarımıza böyük xoşbəxtlik gətirəcək.

Zati-alilərinizə bir daha möhkəm cansağlığı və Sizin gözəl ölkəyə əbədi firavanlıq arzularımı çatdırıram".

X X X

Liberiya Respublikasının Prezidenti Ellen Conson-Serlifdən: "Zati-aliləri, Sizə və Zati-alinizin şəxsində Azərbaycan hökumətinə və xalqına Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Zati–aliniz Azərbaycan xalqını daha böyük iqtisadi tərəqqiyə və sülhə qovuşduracaqdır. Ümidvarıq ki, ölkələrimiz arasında mövcud olan səmimi dostluq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da güclənəcəkdir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

X X X

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrique Pena Nietodan: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Meksika xalqı adından ürəkdən təbrik edirəm.

Sizi bir daha əmin edirəm ki, Meksika hökuməti ölkələrimiz arasında məqsədyönlü dialoq və anlaşmanın möhkəmləndirilməsi naminə bundan sonra da səylərini davam etdirəcək.

Cənab Prezident, Azərbaycan xalqına firavanlıq arzularımı, Sizə dərin ehtiramımı bir daha ifadə edirəm".

X X X

Makedoniya Respublikasının Prezidenti George İvanovdan: "Zati-aliləri, 28 May – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtlik, sülh və rifah arzularımı çatdırıram. Milli bayramınız münasibətilə Sizi və dost Azərbaycan xalqını bir daha təbrik edirəm".

X X X

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddan: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler