» » İyunda Bakıya yeni aviareys

İyunda Bakıya yeni aviareys açılacaq

Bölmə: Sosial
İyunda Bakıya yeni aviareys İyunun 6-da Ukraynanın Dnepropetrovsk şəhərindən Bakıya yeni aviareys açılacaq.

Xalqinfo.az-ın məlumatına görə, Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətləri əsasında açılan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysini "Dniproavia" şirkəti həyata keçirəcək. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev açıqlamasında yay mövsümündə belə bir təyyarə reysinin açılmasının vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbənin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacağını qeyd edib. Uçuşlar iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07.30-da Dnepropetrovsk şəhərindən, saat 14.10-da isə Bakıdan həyata keçirəcək. Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən uçuşların sayını həftədə 2 dəfəyə qaldırmağı nəzərdə tutur. Dnepropetrovsk-Bakı aviareysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və aviabilet satışı ilə məşğul olan agentliklərə müraciət edə bilərlər.

Mənbə
ANS press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler