» » Rektoru imtahanların

Rektoru imtahanların gedişini izlədi

Bölmə: Sosial
Rektoru imtahanların Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin II kursunda keçirilən “Seçmə fənn: Mədəniyyətşünaslıq”, “Orta oxu və nitq II”, “ Seçmə fənn: Azərbaycan dövlətçilik tarixi”, “Xarici dil I”, “Pedaqogika (Didaktika) II”, “Azərbaycan ədəbiyyatı”, həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin I kursunda “Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü”, “İxtisas ölkəsinin etnoqrafiyası”, “İxtisas ölkəsinin coğrafiyası” fənnləri üzrə imtahanların gedişini izlədi.

Xalqinfo.az bildiri ki,imtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini qeyd edən rektor Səməd Seyidov sessiyanın əvvəlki sessiyalardan fərqli olaraq mayın 31-dək başa yekunlaşmalı olduğunu sözlərinə əlavə etdi. İmtahanın gedişi ilə maraqlanan rektor Səməd Seyidov tələbələrdən nəzəri fənnlərin imtahan sualları ilə əvvələcədən tanış olub-olmadıqlarını soruşdu. Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını bildirən rektor imtahanlarda onlara uğurlar arzuladı.
Qeyd edək ki, mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) yaz imtahan sessiyasına start verildi. Azərbaycan Respublikasının Təhsil nazirinin 2014/2015-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə müvafiq olaraq ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu ilin 6 aprel tarixində imzaladığı 32 saylı əmrinə əsasən universitetdə yaz imtahan sessiyası mayın 12-dən 31-dək keçiriləcək. Yaz imtahan sessiyası 6 fakültənin (Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti Pedaqoji fakültədə aprelin 20-dən mayın 26-dək, Tərcümə fakültəsi və Əlavə təhsil fakültəsi üzrə isə aprelin 27-dən mayın 31-dək müəyyən edilib.
Əmrə əsasən yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Tədris işləri üzrə prorektor, doktor Vazeh Əsgərovun rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU–nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aytəkin Mehdiyeva, ADU Tələbə Gənclər Təşkilatının sədri Faiq Məmmədovdur. Bununla yanaşı, ADU-nun 440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb. Əmrdə biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər və fənn müəllimlərin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazıların nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilməsi qeyd olunub. Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə appelyasiya qiymətin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilməsi əmrdə göstərilir. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədilə Tələbə təşkilatlarının xidmətlərindən istifadə etdilməsi və onların fəaliyyətinə lazımi şərait yaradılması da əmrdə öz əksini tapıb. .
Onu da qeyd edək ki, bu il ADU-da keçirlən yaz imtahan sessiyasında imtahan sualları aidiyyatı üzrə fənnin proqramına uyğun olaraq öncədən tələbələrə təqdim olunub.
Mənbə
hamar.az
Rektoru imtahanların
Rektoru imtahanların

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler