» » Bu gün Bakıda 13-17 dərəcə isti olacaq

Bu gün Bakıda 13-17 dərəcə isti olacaq

Bölmə: Sosial
Bu gün Bakıda 13-17 dərəcə isti olacaq
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Aprelin 27-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler