» » Bu ərazidəki problemlər

Bu ərazidəki problemlər həll ediləcək

Bölmə: Sosial
Bu ərazidəki  problemlər  “Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri tez bir zamanda yekunlaşdırılacaq.

Xalqinfo.az bildirir ki,Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, qurum tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə də təmir işləri aparılır. Bu ərazidə köhnə asfalt-beton örtüyünün yerinə yenisi döşənir. Bu üzdən dairədə və yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bakı-Sumqayıt və əks istiqamətə hərəkət edən nəqliyyat vasitələri dairənin alt hissəsindən keçən tuneldən maneəsiz şəkildə istifadə edə bilərlər. Xırdalan şəhərinə daxil olan nəqliyyat vasitələri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 13-ci kilometrliyində yerləşən “Masazır dairəsi”ndən istifadə etməklə, Binəqədi və Biləcəri qəsəbələri istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələri isə “Ekologiya postu”ndan sağa dönməklə hərəkətlərini davam etdirə bilərlər. Bundan başqa sürücülər alternativ olaraq Binəqədi şossesindən də istifadə edə bilərlər.

“Xırdalan dairəsi”ndə təmir işlərinin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler