Uşaqlara sürpriz

Bölmə: Sosial
Uşaqlara  "Bala Dili" jurnalı möhtəşəm yubiley şənliyinə hazırlaşır. Xalqinfo.az-ın məlumatına görə, may ayında Bala Dili jurnalının 10 yaşı tamam olur.

Qeyd edək ki, jurnalın ilk sayı 2005-ci ildə işıq üzü görüb. Bu münasibətlə jurnal abunəçiləri üçün möhtəşəm yubiley şənliyi təşkil edir. Şənlik mayın 31-də Amazon Uşaq Əyləncə Mərkəzində (ünvan: Zooparkın yaxınlığında, Tural şadlıq sarayı ilə üzbəüz) keçiriləcək.
Şənlikdə klounlar, fokusçular, janqlyor, cizgi qəhrəmanları, tanınmış müğənnilər də iştirak edəcəklər. Tədbirimizə qatılan uşaqlar həm dadlı menyudan yeyəcək, həm də doyunca deyib-gülüb şənlənəcəklər. Şənliyimizdə maraqlı şar şou, hədiyyəli müsabiqələr, fotosessiya, köpük şou, möhtəşəm tort və daha nələr, nələr olacaq. Tədbirə qatılan bütün uşaqlara yadigar hədiyyələr paylanacaq. Bütün qonaqların şəkli jurnalda yerləşdiriləcək.

Möhtəşəm yubiley şənliyimizdə yalnız və yalnız abunəçilər dəvətlidirlər. Siz də şənliyə qatılıb, şənlənmək istəyirsinizsə "Bala Dili" jurnalına bir illik abunə olun. Abunə kompaniyası mayın 25-dək davam edəcək. Abunə olanlara dəvətnamə verilir. Tələsin, hamınızı şənliyimizə dəvət edirik! Şənlikdə bir dəvətnamə ilə bir abunəçi (valideyni ilə birgə) iştirak edə bilər.

Azərbaycanda 1 nömrəli uşaq jurnalı olan, maarifləndirici, əyləncəli, hədiyyəli "Bala Dili" jurnal 1-9 yaşlı uşaqlar üçün nəzəzdə tutulub. 56 səhifəlik dərginin 16 səhifəsi boyamadan ibarətdir. Jurnalda ibrətamiz nağıllar, əyləncəli, düşündürücü oyunlar, məzəli və vitaminli mətbəx reseptləri, özün düzəlt rubrikası, hədiyyəli krossvord da var.

"Bala Dili" məktəbəqədər yaşli körpələrə əlifbanı (hərfləri yazmağı), hesabı (rəqəmli oyunlar), ingilis dilini də öyrədir. Rəsm qalereyasında uşaqların çəkdiyi istənilən rəsmlər onların fotoları ilə birgə nümayiş olunur. Rəsmləri nümayiş olunan uşaqlara sponsorlardan hədiyyə təqdim edilir.

Dərgidə ad günü təbriklərinə də yer ayrılır. Bu rubrikada uşağın fotoları da xüsusi tərtibatda yerləşdirilir. Ad günü olan "Bala Dili"ndən xüsusi hədiyyə alır. Jurnalın hər sayı yeni cizgi diski ilə birgə 2 manata satışdadır.

"Bala Dili"nə istənilən aydan abunə olmaq mümkündür. İllik abunənin qiyməti 24 manatdır. Abunəçilərin şəkli yadigar olaraq jurnalda yerləşdirilir. Bala Dili il ərzində müxtəlif tədbirlər keçirir. Bu tədbirlərə yalnız abunəçilər dəvət olunur.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler