» » İlham Əliyev ailəsi ilə parkda

İlham Əliyev ailəsi ilə parkda

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev ailəsi ilə parkdaBakıda Avropa Oyunları Parkının açılışı baş tutub. Xalqinfo.az xəbər verir ki,açılış mərasimində prezident İlham Əliyev, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva da iştirak edib.

Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə və xanımına məlumat verdi ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda görülən işlərlə tanış oldular.

Sonra dövlətimizin başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxdılar.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler