» » Bakıda gözlənilən yol açılır

Bakıda gözlənilən yol açılır (Video)

Bölmə: Sosial
Bakıda gözlənilən yol açılır Hüseyn Cavid prospekti ilə Mətbuat prospekti arasında yerləşən yolda təmir işləri artıq sürətləndirilib.

Xalqinfo.az-ın məlumatına görə, ərazidə köhnə asfalt beton örtüyünün qaşınması işləri aparılır. Əraziyə yeni asfalt beton örtüyü vurulacaq. Köhnə səki daşları da dəyişdirilərəq, yol kənarları abadlaşdırılır. Zəruri olan ərazilərdə səth suyunun normal axması üçün yağış-kanalizasıya sistemi yenidən qurulacaq. Yeni yağış barmaqlıqları yerləşdirilib və kommunikasiya quyularının baxış qapaqları dəyişdiriləcək.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yolun 3200 kvadrat metr hissəsinə əsaslı təmir işləri, 7800 kvadrat metrdə isə orta təmir işləri aparılır.

Yolun yaxın bir neçə gün ərzində istifadəyə verilməsi planlaşdırılır.


Mənbə
ANS TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler