» » Obama filmə baxmağa çağırdı,

Obama filmə baxmağa çağırdı, yoxsa öpməyə?

Bölmə: Sosial, Dünya
Obama filmə baxmağa çağırdı,ABŞ prezidenti Barak Obama və həyat yoldaşının sevgi hekayəsindən bəhs edən bədii film çəkiləcək.

Xalqinfo.az-ın məlumatına görə, "Southside with You" adlanacaq filmin artıq aktyor heyəti məlumdur. Gələcəkdə ABŞ prezidenti olacaq gənc Barakı aktyor Parker Soyers, gələcəyin birinci xanımını isə aktrisa Tika Sampter oynayacaq.

Çəkilişlərə 2015-ci ilin yayında start veriləcək. Ekran işinin 2016-cı ildə işıq üzü görəcəyi planlaşdırılıb.

Filmdə hadisələr 1989-cu ildə gənc Barak Obamanın vəkil Mişel Robinsonu Spayk Linin "Necə lazımdır, elə et" filminə baxmağa dəvət etməsi ilə başlayır. İlk öpüş də elə birinci filmdə olur.

Filmdə siyasətə heç bir yer ayrılmayıb. ABŞ-ın gələcək prezidentini Parker Soyers, onun həyat yoldaşını isə Tika Sampter oynayacaq. Çəkilişlər bu yay başlayacaq.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler