» » Hərbiçilərimiz düşməni istənilən halda susdurur

Hərbiçilərimiz düşməni istənilən halda susdurur

Bölmə: Sosial, KİTAB ALƏMİ, MANŞET
Hərbiçilərimiz düşməni istənilən halda susdururPrezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində Milli Məclisin bir qrup deputatı, QHT rəhbəri və KİV nümayəndələri cəbhə bölgəsində səfərdə olublar.

Xalqinfo.az xəbər verir ki, səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində KİV-lərə şərait yaratmaqdan ibarət olub.

Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində deputatlar, QHT rəhbərləri və KİV nümayəndələri xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində olublar, Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Nümayəndə heyəti Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüb. İcra başçısı deputatların və jurnalistlərin səfərinin cəbhə bölgəsində qulluq edən hərbçilər və burada yaşayan insanlara böyük mənəvi dəstək kimi qiymətləndirib.

Sonra cəbhənin Beyləqan rayonu istiqamətində “N” saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Qonaqlar ön xətdə xidmət edən əsgər və zabitlərin yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər.

Nümayəndə heyətinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib.

Əsgər, gizir və zabitlərin qarşısında çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıblar, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Bildirilib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Çıxışçılar düşmənlə üz-üzə səngərdə Vətənin keşiyində dayanan əsgər, gizir və zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.

Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, əsgər və zabitlərimizdə döyüş ruhu yüksəkdir: “Əminəm ki, işğal altında olan torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacaq və biz Şuşaya mütləq gedəcəyik. Təmas xəttində yüksək təchizat və yüksək əhval ruhiyyə var. Təbii ki, biz müharibənin tərəfdarı deyilik. Amma Ermənistan torpaqlarımızı boşaltmasa, biz torpaqlarımızı başqa yollarla azad edəcəyik”.

Milli Məclisin deputatı Flora Qasımova isə təmas xəttində hərbçilərlə görüşməkdən böyük qürur hissi keçirdiyini bildirib: “Bir daha əmin oldum ki, torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz var. Hərbçilərimizdə bu ruh böyükdür”.

“N” saylı hərbi hissənin polkovniki Elçin Kərimov da əsgərlərin və zabitlərin böyük ruh yüksəkliyində olduğunu deyib, təmas xəttindəki postlarda xidmət üçün yüksək səviyyəli şərait yaradıldığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri müasir silah və hərbi texnika ilə tam təchiz olunub. Azərbaycan Ordusu düşmənin istənilən hücum və təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinə layiqincə cavab verir.

Ön cəbhədə olan hərbiçilərimizlə, əsgərlərimizlə söhbət zamanı bir daha əmin olduq ki, onlar düşmənin istənilən həmləsinin qarşısını alır, təmas xəttindəki postlarımızda ayıq-sayıq Vətənin keşiyində dayanırlar.
Mənbə
AZƏRTAC
Hərbiçilərimiz düşməni istənilən halda susdurur
Hərbiçilərimiz düşməni istənilən halda susdurur
Hərbiçilərimiz düşməni istənilən halda susdurur

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler