» » Xalq ulu öndəri ziyarət edir

Xalq ulu öndəri ziyarət edir

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Xalq ulu öndəri ziyarət edirFəaliyyətinin bütün dövrlərində xalqı üçün əvəzolunmaz xidmətlər göstərmiş, müstəqil Azərbaycan dövlətini möhkəmlətmiş və dünyada tanıtmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü mayın 10-da Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir.

Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar edib. Heydər Əliyevin fəaliyyətində Azərbaycandan kənar heç nə yox idi. O, böyük azərbaycanlı idi, azərbaycanlı olmağı ilə fəxr edirdi. Bu dahi şəxsiyyəti tanıyan hər kəs onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün çox böyük işlər gördüyünü, müasir Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdiyini vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Hər gün Ümummilli Liderin buradakı məzarının üstünü gül çələngləri, tər çiçəklər bəzəyir.

Mayın 10-da səhər tezdən Bakıda qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük və unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri var. Çünki bu gün yeniyetməni də, cavanı da, ahılı da buraya bir istək, bir sevgi, bir məhəbbət gətirir: Heydər Əliyev istəyi, sevgisi və məhəbbəti. Özü də onlar təkcə paytaxtı təmsil etmirlər. Bu gün burada Azərbaycanın bütün guşələrindən, xarici ölkələrdən olan çoxsaylı qonaqları görmək olar.

Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri xiyabanda onun məzarını ümumxalq ziyarəti davam edir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler