» » Ərzaqların təzə

Ərzaqların təzə qalmasının qaydaları

Bölmə: Sosial
Ərzaqların təzəDünyada bu qədər ac insan olduğu halda biz lazım olduğundan çox aldığımız və sadəcə, saxlama qaydasını bilmədiyimiz üçün kilolarla ərzaqı zibilə atırıq. Nəticədə də bu, nəinki israfçılıq olur, üstəlik, büdcəmizə də ziyan vurur.

Türkiyədə Sağlam Həyat Mərkəzinin direktoru doktor Özgür Şamilgil ərzaqı təzə saxlamağın praktik yollarına araşdırıb.Publika.az-ın Türkiyə mətbuatına istinadən həmin araşdırmanın nəticəsini təqdim edir:

Almanın üstündə çürük görsəniz, dərhal bir boşqaba qoyun. Çünki digərlərinin yanından qaldıqda çürüyün onlara keçməsinə səbəb olur.

Bananın təzəliyini qorumaq üçün salxımın kökünü neylon torbaya bürüyün. Digər meyvələrin yanında saxlamayın. Bananın buraxacağı yüksək miqdarda etilen qazı digər meyvələrin dəymə və çürümə prosesini sürətləndirdiyi üçün ayrıca saxlanılmalıdır.

Böyürtkən, qaragilə, zoğal, moruq kimi giləmeyvələri az sirkəli suda saxlasanız, kiflənməsinin və yumşalmasının qarşısını alarsınız.

Pomidoru günəş düşməyən, otaq temperaturunda və ya soyuducuda saxlamaq lazımdır. Meyvələrdən ayırmaq şərti ilə xüsusi yerdə saxlanan pomidor kökü üstündə qalmalıdır. Sellofan torbada saxlasanız, daha tez çürüyəcək.

Kəsilmiş və ya püre halına salınmış avokadonun ortasını deşin, üzərinə limon suyu və ya zeytun yağı səpib, plastik qapaq və ya filmlə bağlayıb soyuducuda saxlayın. Bu yolla avokadonun qaralmasına mane olarsınız. Həmin meyvənin daha tez yetişməsini istəsəniz, bir neçə gün otaq temperaturunda banan və ya almanın yanına qoyun.

Tərəvəzlər diqqət istəyir!

Salat üçün aldığınız göyərtilər yaşdırsa, dəsmala büküb əvvəlcə qurudun. Açıqda saxlayaraq qurutsanız, öz suyunu itirə bilərlər. Geniş qaba qoyub üstünə nəmini alması üçün qəzet kağızı yerləşdirin. Üstünü plastik qapaqla və ya sellofanla bağlayın.

Kartofu soğanın yanında saxlamayın, yoxsa daha tez cücərəcəklər. Almaların yanında saxlasanız isə, əksinə, cücərməsinə mane olacaq.

Quru soğanı boru kimi torbanın içinə, təsbeh dənəsi kimi tək-tək düzüb aralarına düyün ataraq saxlayın. Torbanı köhnə bir şalvarla da əvəz edə bilərsiniz. Belə ki, şalvarın balaqlarına düzdüyünüz soğanlar bir-birinə dəyməzsə, uzun müddət cücərməz.

Yaşıl soğan yaşdırsa, əvvəlcə qurudun. Bıçaqla kəsin. Boş plastik butulkaya doldurub soyuducuya yerləşdirin.

Göbələkləri kağız kisə içində, quru və sərin bir yerdə, soyuducuda saxlayın. Göbələk pPlastik qapalı qabda saxlanmamalıdır. Çünki havasız qalanda tez xarab olurlar.

Qulançarla maraqlanırsınızsa, saplaq hissəsindən bir az kəsib stəkanda suya qoyun və yağlı sellofanla soyuducuda saxlayın.

Ədviyyatlar təzə qalsın

Adaçayı, kəklikotu kimi təzə və ətirli otları kəsib, zeytun yağı ilə doldurulmuş kiçik buz qəliblərinin içinə qoyaraq dondurun. Lazım olduqda buz qəliblərindən ehtiyacınız olduğu qədər donmuş kəklikotulu buzu çıxarıb yemək bişirəndə istifadə edə bilərsiniz.

Cəfəri, reyhan kimi təzə otların kökünü kəsib, su dolu stəkana qoyun. Daha sonra üstünü hava keçirməyəcək şəkildə yağlı sellofanla örtüb soyuducuda daha uzun müddət saxlaya bilərsiniz.

Kəklikotu kimi ətirli otların köklərini iplə bağlayıb asın. Bu vəziyyətdə bu otu uzun müddət mətbəxdə saxlamaq olar.

Süd məhsulları

Kəsilmiş pendirin qurumasını əngəlləmək üçün onun kəsilən səthinə kərə yağı sürtün. Pendir sellofanla örtülməməlidir. Yalnız yağlı və ya mumlu kağıza bükdükdən sonra plastik sellofana qoya bilərsiniz. Bu şəkildə qablaşdırılan pendir soyuducunun çox soyuq olmayan bir yerində uzun müddət qala bilər.

Quru meyvələri kifdən qoruyun!

Nəm və isti hava quru meyvələrin üzərində kif göbələyi və zəhər əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən də, vakuumlu qablaşdırmada və soyuducuda saxlansa, daha uzun müddət təzə kimi qalacaq.

Tez xarab olan məhsullara diqqət!

Süd kimi asan xarab olan ərzaqları soyuducunun tez-tez açılan və bu səbəbdən otaq temperaturundan daha asan təsirlənən yerində deyil, hava dəyməyən rəflərində saxlayın.

Ət ilə müxtəlif ərzaqları eyni rəfdə saxlamayın, əks halda mikrob yoluxmasını asanlaşdırarsınız.

Çiy ətə toxunsanız, əlinizi yumadan başqa ərzaqlara vurmayın.

Bir çox xəstəliklərə yol aça bildiyi üçün alüminium əsaslı qablardan istifadə etməyin.

Soyuducunu ağzına qədər doldurmayın. Soyuq hava dövranı yetərsiz olarsa, ərzaqlar bərabər şəkildə soyumayacaq. Bu da ərzaqların daha çox korlanmasına gətirib çıxarır.

Meyvə, tərəvəz və əti soyuducuya kiçik parçalara ayırıb yerləşdirsəniz, onların arasına hava daha asan daxil olacaq və tez xarab olacaq. Odur ki, meyvə, tərəvəz və əti soyuducuya doğramadan saxlayın.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler