» » Komitə sədri:

Komitə sədri: "Azərbaycanda dini sabitliyi poza biləcək cərəyan yoxdur"

Bölmə: Sosial
Komitə sədri:"Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də hansısa dini qrupun, cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfra bərabərdir".

apa-nın xəbərinə görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, aparılan profilaktik işlər, xüsusilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb.

"Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri nəzərə çarpsa da, bu, ictimai, siyasi, mənəvi həyata təsir etmək imkanında deyil", - deyə M. Qurbanlı qeyd edib.

O, Avropa Oyunlarının Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti olduğunu vurğulayıb: "Bu oyunların ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Avropa Oyunlarının bizim ölkədə keçirilməsi eyni zamanda bizi istəməyən, bizə qarşı olan hansısa dairələrə, o cümlədən bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən hadisədir".

M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini sabitliyi pozacaq hər hansı qrup, cərəyan mövcud deyil: "Avropa oyunları yüksək səviyyədə keçiriləcək, bu oyunları pozmaq cəhdində bulunanların hansısa cəhdi baş tuta bilməz".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler