» » Qəhrəmanlarımız

Qəhrəmanlarımız Nijni Novqorodda

Bölmə: Sosial
QəhrəmanlarımızRusiyanın Nijni Novqorod şəhərində bayram tədbirində Azərbaycanın 416-cı diviziyasının döyüş yolu haqqında film nümayiş etdiriləcək.

Xalqinfo.az-ın məlumatına görə, tədbir mayın 5-də Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin təşkilatçılığı ilə keçiriləcək. "Biz - Böyük Qələbənin varisləri" adlı bayram tədbirində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlılar haqqında kataloq da təqdim ediləcək.

Qeyd edək ki, Böyük Vətən müharibəsində Azərbaycanın 3,4 milyonluq əhalisinin 700 mini cəbhəyə yollanmışdı. Onların 10 mindən çoxu qadın olub. 300 min nəfər azərbaycanlı döyüşlərdə həlak olub. 400 mindən çox azərbaycanlı hərbi orden və medallarla təltif edilib, 128 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adını alıb. Həzi Aslanov isə bu ada iki dəfə layiq görülüb.

Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstələri, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılmışdı. Bundan başqa, Azərbaycan müharibə illərində cəbhənin əsas neft və neft məhsulları tədarükçüsü olub, Azərbaycan neftçiləri ümumilikdə SSRİ-də istehsal olunan neftin 80 faizini istehsal edirdilər. Bakı nefti faşizm üzərində qələbə qazanmaqda əsas amillərdən biri olub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler