» » Sürücülər bu xəbərə mütləq baxsınlar

Sürücülər bu xəbərə mütləq baxsınlar

Bölmə: Sosial
Sürücülər bu xəbərə mütləq baxsınlarDaxili İşlər Nazirliyi “Yol-patrul xidməti haqqında” Təlimatda dəyişiklik edib
Xalqinfo.az avtosfer.az-a istinadən xəbər verir ki, Yol patrul xidməti haqqında təlimata dəyişiklik edilib. Dəyişikliklər İnzibati Xətalar Məcəlləsində mövcud olan qaydalara uyğunlaşdırılıb. Söhbət hansısa qayda pozuntularına görə mübahisəli məsələlər haqqında çıxarılan qərarla bağlıdır. Qaydalara əsasən, belə protokollara baxılan zaman sürücülərin bölməyə məhz polis tərəfindən çağırılıb-çağırılmaması ilə bağlıdır.

Sürücülər polis çağırmalıdır deyirlər. Qanun isə qadağan edir. Söhbət yol hərəkəti ilə bağlı qayda pozuntuları zamanı sürücülərin şikayətinə baxılması prosedurundan gedir. Bəziləri elə bilirlər ki, mübahisəli məsələlərlə bağlı qərar çıxarılan zaman sürücü mütləq səlahiyyətli şəxs tərəfindən bölməyə dəvət edilməlidir.

Amma ''Yol patrul xidməti haqqında'' təlimatda edilən dəyişikliklər bunun əksini göstərir. Təlimatdakı yeniliklər İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb. Yol hərəkəti qaydasını pozan şəxs bununla razılaşmırsa, yaxud da yol polisindən şikayəti varsa, inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana göndərilir.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan tərəfindən çağırılması qadağandır. Əvvəllər sürücülər razılaşmadıqları halda mobil telefon, yaxud da məktub vasitəsilə polisə çağırılırdılar. Bununla belə, sürücünün işinə baxılan zaman çağırılmaması onun prosesdə iştirak hüququnu qadağan etmir.

Qayda pozuntusuna baxılmaqla bağlı məlumatlar sürücüyə təqdim edilmiş protokolda öz əksini tapır. Amma bəzən mübahisələr zamanı sürücülər protokolu imzalamaqdan imtina edirlər. Belə olan halda oradakı məlumatlara nəzər yetirmirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler